Yeməkxana və Bar

Şəki Saray Hotelinin qonaqlara göstərdiyi xidmətlər arasında yemək təqdim etmə xidməti xüsusi yer tutur. Biz daim qonaqlarımıza əsasən yerli məhsullardan zövqlə hazırlanmış beynəlxalq və yerli mətbəxləri özündə əks etdirən salatlar, məzələr,pizzalar, səndviçlər, şorbalar, isti yeməklər və şirnilər təklif edirik.

Şəbəkə Yeməkxanası

shebeke

Şəbəkə Yeməkxanası mehmanxananın lobbisinin sol hissəsində, Buta barın yanında yerləşir. Yeməkxana mehmanxanada yaşayan və şəhərdən gələn qonaqların rahat girişi üçün qonaq liftinə və əsas girişə yaxın bir yerdə yerləşir. Yeməkxananın rəng çalarlarında sarı və şabalıdı rənglər üstünlük təşkil edir ki, bu da ağacdan düzəldilmiş stollar, divarda qurulmuş ocaq yeri və şəkillərlə təmasda xüsusi bir görkəm yaradır. Yeməkxananın dizaynı onu hər üç əsas yemək vaxtları üçün istifadə edilməsinə imkan verir.

buta1

buta3

buta4

buta5 

 

 

 

Menu of restaurant

 

Buta Bar

butabarlogo

Buta bar qonaqların asudə vaxtlarını müxtəlif çeşid sərinləşdirici və spirtli içkilər sifariş etməklə keçirmələri üçün xüsusi zövqlə dizayn edilmiş gözəl bir bardır.Buta barda qonaqlara dünyanın müxtəlif ölkələrində hazırlanmış ağ və qırmızı şərablar, viskilər, konyaklar, vodkalar, kokteyllər və s. təklif olunur. Bar hotelin əsas girişindən sağ tərəfdə yerləşir.Barda mövcud olan isti mühit qonaqlara müxtəlif növ hadisələri qeyd etmək üçün gözəl şərait yaradır.Belə hadisələrə uğurlu razılaşmaların geyd olunması, digər insanlarla ünsiyyət və şam yeməyindən əvvəl iştah açıcı içkilər içmək kimi hadisələr aid oluna bilər.

buta1

buta3

buta4

buta5 

 

 

 

Menu of bar

 

Atrium Lobbi

Atrium lobbi hotelin 1 ci mərtəbəsində, əsas girişlə üz-bə-üz, Şəbəkə restoranının yanında yerləşir. Geniş şəkildə ağac məmulatlarından zövqlə işlənilmiş incə və rahat oturacaq dəstləri buranı qonaqlarımız üçün görüç yeri kimi istifadə olunması üçün ideal bir yerdir.Burada qonaqlar həzin klassik musiqi ilə müşaiət olunan erkən səhər yeməyi və yüngül nahar yeməyi yeyər, axşamlar isə jazz musiqisi altında müxtəlif çeşid kokteyllər sifariş edə bilərlər.

buta1buta3buta4

 

 

 

 

Menu

 

Otaq Xidməti

Otaq xidməti şöbəsi mehmanxananın mətbəxinin yerləşdiyi alt mərtəbədə yerləşir ki, bu da yeməklərin isti şəkildə dərhal otağa catdırılmasına kömək edir.Otaq xidməti menyusu digər restoranların meyularını da özündə birləşdirməklə qonaqlarımız üçün günün istənilən vaxtında otaqlarına sifariş edə bilmələrini təmin edir

Menu of service

Leave a Comment